Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı oldu

Siyasət
13:29 / 08.01.2022
1142
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Prezidenti rusiyalı həmkarını ölkəsindəki son vəziyyət barədə məlumatlandırıb. Kasım-Jomart Tokayev ölkədə vəziyyətin stabilliyə doğru yönəldiyini bildirib.
Qazaxıstan Prezidenti Tokayev Rusiya Prezidenti Vladimir Putinə KTMT çərçivəsində verdiyi dəstəyə görə təşəkkür edib.