Sinan Akçıl həyat yoldaşından ikinci dəfə boşanacaq

Maqazin
12:44 / 08.01.2022
1383
Türkiyəli müğənni Sinan Akçılla aktrisa Burcu Kıratlının yenidən boşanacağı ilə bağlı iddialar yayılıb.
Sfera.az bildirir ki, məşhur cütlüyün bu dəfəki ayrılıq səbəbinin uşaqla əlaqəli olduğu deyilir. Belə ki, övlad sahibi olmaq istəməyən Burcunun həyat yoldaşı ilə anlaşa bilmədiyi qeyd olunub. Aktrisanın mənəvi atası Kenan Erçetingözün doğum günü tədbirinə yalnız qatılması da ayrılıq xəbərlərinin doğruluğunu gücləndirib.
Digər tərəfdən, Kıratlı və Akçıl sonuncu dəfə noyabr ayında mükafat məclislərinin birində birlikdə kameralar qarşısına keçib. Akçıl həmin vaxt bir sıra şübhəli açıqlamalar verib. O, "Əslində indi bura uşağımıza baxdığımız üçün gələ bilməməli idi, amma olmur”, - deyə söyləyib.
Xatırladaq ki, Sinan-Burcu cütlüyü bundan öncə, 2018-ci ildə Amsterdamda evləndikdən doqquz ay sonra boşanmışdı.
Türkan
Sfera.az