Yelo Bank vətəndaşların biznes arzularını gerçəkləşdirdi

Yelo Bank vətəndaşların biznes arzularını gerçəkləşdirdi

Sosial layihələrə xüsusi həssaslıqla yanaşan Yelo Bank Özünüməşğulluq Proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə Bank daha 4 vətəndaşın biznes arzularını gerçəkləşdirərək onlar üçün əsl Yeni il sürprizi etdi.

 

Avtotəmizləmə xidməti üzrə biznesə başlamaq arzusunda olan Alıyev Nicat lazımi avadanlıqlarla təmin edildi. Dəstək verilən digər vətəndaşların xanım iştirakçılar olması isə xüsusilə sevindiricidir. Quluzadə Cəmilə və Qurbanova Fatiməyə kiçik dərzi sexi üçün Ələkbərova Esmiraya isə un məmulatlarının istehsalı üçün lazım olan bütün avadanlıqlar hədiyyə edildi. Beləliklə, ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində Yelo Bank öz töfhəsini verməyə davam edir.

 

Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında birgə imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımız istehsal və ya xidmət avadanlığı ilə təmmənnasız təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır. Özünüməşğulluq proqramına ilk qoşulanlardan olmaqla yanaşı Yelo Bank bu layihənin həyata keçirilməsinə dəstək olmağa 2022-ci ildə də aktiv davam edəcək.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapphesablarımıza yazın cavablandıraq! Həmçinin, bizim parlaq Yelo App mobil tətbiqini yükləyərək, onlayn kreditalmaq da mümkündür.

 

 

Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...