Qazaxıstan Rusiya üçün ikinci Əfqanıstana çevriləcək – ŞƏRH

15:29 / 07.01.2022
1205
Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında
Qazaxıstana qoşun yeritməsi yanlış qərar idi. Kreml göz görə-görə bu addım ilə
həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozdu, həm də Qazaxıstanda
ikinci Əfqanıstan ssenarisinin təkrarlanmasına imkan yaratdı.
Məsələ
ondadır ki, KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev
istəsə də, bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur. Belə ki,
KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki, ittiffaq üzvlərindən
birinə kənar müdaxilə olarsa, digər üzvlər ona hərbi yardım göstərə bilər. Bu
zaman sual yaranır: Qazaxıstana hansı kənar qüvvə hücum edib ki, Kreml KTMT
qüvvələrinin bu ölkəyə girməsinə razılıq verib?
Hər nə qədər
etirazların pərdəarxasında Rusiya olsa da, təqdim edilən görüntü qazax xalqının
etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və
ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin
5-ci bəndindən istifadə hüququ tanımır.
Digər
bir məsələ isə Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalmasıdır.
Kreml mövcud vəziyyətin gələcəkdə həm özü, həm də Qazaxıstan üçün doğura biləcəyi
ağır nəticələrin fərqində deyil. Məsələ ondadır ki, KTMT-nin Qazaxıstana
müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin
güclənməsin gətirib çıxaracaq. Onsuz da dini radikalizmə meyilli olan qazax cəmiyyəti
ruslara qarşı nifrətini radikalizm və ekstimizm formasında göstərəcək. Bu isə
öz növbəsində regionda ikinci Taliban bənzəri hərəkatın yaranmasına, ikinci
Əfqanıstan ssenarisinin ortaya çıxmasına səbəb ola bilər.
Almatıda
baş verən toqquşmalar nəticəsində ölən hüquq-mühafizə orqanları əməkdaşlarının
sayı 14-ə çatıb. Ölənlərdən 3-nün meyiti başı kəsilmiş vəziyyətdə aşkarlanıb.
Radikal islamın izləri artıq indidən hiss olunur.
Turan
Rzayev