70 yaşlı İbrahim Tatlıses koronavirusa qalib gəldi - FOTO

Maqazin
14:09 / 07.01.2022
945
Məşhur türkiyəli müğənni İbrahim Tatlıses izləyicilərini sevindirib.
Sfera.az bildirir ki, illər sonra efirlərə qayıdan və konsert verməyə başlayan Tatlıses sosial media hesabından koronavirusun öhdəsindən gəldiyini açıqlayıb. O, paylaşımına "Pozitiv idim, indi neqativə döndüm”, - deyə əlavə edib.
İfaçı, həmçinin sabah axşam Ankarada məkanlardan birində konsertinin baş tutacağını da söyləyib.
Xatırladaq ki, 70 yaşlı İbrahim Tatlıses bir müddət bundan qabaq koronavirusa yoluxmuşdu.
Türkan
Sfera.az