"Rusiyanın Qazaxıstan siyasəti uğurlu olmayacaq” - Politoloq

"Qazaxıstanda hakimiyyət bölgüsündə narazılıq və xarici siyasət üzrə Nazarbayev-Tokayev tamdeminin ayrı-ayrı xətti izləməsi, ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Nazarbayev Qərblə əlaqələrə üstünlük verirdi və  ABŞ-la  ikitərəfli münasibətlərin inkişafında maraqlı idi:

"O, Mərkəzi Asiyada Vaşinqtonun siyasətinin formalaşdırılması istiqamətində işlər aparırdı. Prezident Tokayev isə  Rusiya və Çinlə siyasi-iqtisadi əlaqələrin inkişafında və bu iki ölkə ilə sıx əməkdaşlıqda maraqlı idi. Nəticədə hakimiyyətdə maraqlar toqquşurdu. Artıq post-Nazarbayev dövrü Qazaxıstanın Rusiyadan asılı olması dövrü olacaq.

Qeyd edim ki, Nazarbayevə  qarşı Tokayev təzyiqlərə başlamışdı və elbaşının uzaqlaşdırılması istiqamətində müəyyən manevrlər edirdi. Təbii ki, Nazarbayev bu təzyiqlərə qarşı etirazları formalaşdırmaqla, Qərbdən dəstək almağı planlayırdı. Nəticədə isə proseslər Tokayevin ssenarisinə uyğun olaraq Rusiyanın  dəvət edilməsi ilə nəticələndi”.

M.Əsədullazadə qeyd edib ki, Nazarbayevin səssizliyi onun siyasi mübarizədə məğlub olmasıdır:

"Demək olar ki, prezident Tokayev Nazarbayevin yaxın qohumlarını yüksək vəzifədən uzaqlaşdırıb. O, öz hakimiyyətini qorumaq və gücləndirmək üçün KTMT (Rusiya) ordusunu ölkəsinə dəvət etdi. Bu, Qazaxıstanın müstəqilliyinə vurulan zərbədir. Nazarbayev geopolitik nizamda Mərkəzi Asiyada Qərbin partnojarlığını təmin etmək istiqamətində siyasəti iflas oldu.

Rusiya Qazaxıstan siyasəti ilə  "sabitləşdirici" ölkə statusu almaqla, NATO ilə danışıqlara gedəcək. Prezident Putin Ukrayna, Belarus və Qazaxıstan məsələsində Qərblə danışıqlarda əlini xeyli gücləndirib. Amma, bu taktiki gedişdir. Strateji planda Rusiyanın Belarus və Qazaxıstan siyasəti uğurlu olmayacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR