"Kainat gözəli" tənqidlərə cavab verdi: "Qısqanclıq etməyin!"

Ötən gün sosial medianın müzakirə obyektinə çevrilən "Kainat gözəli” tənqidlərə cavab verib.
 
Sfera.az bildirir ki, İraqda keçirilən yarışın qalibi Darya Kamil bununla bağlı "Snob Magazin” jurnalına danışıb. "Özünü tanımayan bəzi adamların mənim haqqımda nə dedikləri vecimə deyil. Tanışlıqla yarışmanın qalibi olduğumu deyənlərə isə sadəcə gülürəm”, - deyə Kamil söyləyib.

O, həmçinin uşaq yaşlarından çalışdığını, uğur qazandığını əlavə edib: "Boş yerə qısqanclıq etməyin mənası yoxdur. "Kainat gözəli” seçildiyim üçün xoşbəxtəm”.
 
Xatırladaq ki,  ötən gün "Kainat gözəli” seçilən Darya Kamili bəyənənlərlə yanaşı, ona lağ edənlər də kifayət qədər olub. İzləyicilərin bir qismi "Koronavirus səbəbi ilə yarışmaya heç kim qatılmayıb deyəsən”, "Kainatın balansı pozuldu”, "Bəlkə də daxili gözəlliyinə baxıblar”, "Kainatın bundan xəbəri varmı?” kimi cümlələrdən istifadə edərək onu tənqid ediblər.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR