Ebru Gündeşlə eşq yaşadığı deyilən müğənninin keçmiş həyat yoldaşı danışdı: "O, pulsuz-parasız kişiyə baxmaz"

Ebru Gündeşlə eşq yaşadığı deyilən müğənninin keçmiş həyat yoldaşı danışdı:
Türkiyəli müğənni Yaşar İpeklə həmkarı Ebru Gündeşin eşq yaşaması ilə bağlı iddialara Yaşarın keçmiş həyat yoldaşından cavab gəlib.
 
Sfera.az bildirir ki,  Beyaz TV-də yayımlanan "Söylemezsem olmaz” verilişində Seren Serengil sözügedən mövzuya toxunub. O, keçmiş həyat yoldaşı ilə bağlı yayılan xəbərlərə bu cür reaksiya verib: 

"Ebru Gündeşin belə kasıb, pulsuz-parasız biri ilə xəbərinin çıxdığına heç inanmıram. Ebru əvvəllər baxırdı, amma indi belə birinə baxmaz”.
 
Xatırladaq ki, iddiaların ardınca Yaşar İpek jurnalist Bilal Özcana açıqlama verərək "Ebru Gündeşi həyatım boyu 3-4 dəfə görmüşəm, o da səhnədə” demişdi. Gündeşdən isə hər hansı açıqlama gəlməyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR