Türkiyədə bahalaşma 50 faizə yüksələcək

İqtisadiyyat
11:56 / 06.01.2022
588
2021-ci ilin yekununda Türkiyədə 36 faizə yüksələn inflyasiyanın bu ilin sonunda 50 faizə çatacağı proqnozlaşdırılır.
Sfera.az bildirir ki, belə bir proqnozla dünyanın ən böyük maliyyə-investisiya qurumlarından olan "JP Morgan” çıxış edib. "JP Morgan”ın gözləntisinə görə, bahalaşma 2022-ci ilin mayında 55 faizə yüksələcək, noyabrda isə bir qədər azalaraq 50 faizə düşəcək.
İnvestisiya şirkəti bu ilin yekununda inflyasiyanın 35 faizə qədər geriləməsini mümkün hesab edir. Qurum 2023-cü ildə də bahalaşma sürətinin yüksək olacağını, qiymətlərin 15 faiz səviyyəsində artacağını proqnozlaşdırır.
Vasif
Sfera.az