Çingiz Abdullayevdən Qazaxıstan xalqına MÜRACİƏT

Siyasət
11:52 / 06.01.2022
609
Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib.
Sfera.az-ın məlumatına görə, yazıçı bildirib ki, Qazaxıstanda baş verəcək hər hansı bir sarsıntı bütün Orta Asiyaya, Avrasiyaya təsir edəcək:
"Bu ölkədə mənim yüz minlərlə oxucum var. Astanada məni necə qarşıladıqlarını heç vaxt unutmayacağam. Sizə kömək etməyə və ilk zənginizdə uçub gəlməyə hazıram. 90-cı ilin yanvarında bizim üçün ağır günlərdə Azərbaycanın müdafiəsinə səs verən azsaylılardan biri də Qazaxıstanın xalq şairi Oljas Süleymanov idi. Biz bunu heç vaxt unutmayacağıq. İndi bizim növbəmizdir. Biz hər zaman sizin yanınızdayıq”.
Ç.Abdullayev, həmçinin qeyd edib ki, artıq böyük oyun başlayıb və indi Qazaxıstan zəif halqadır:
"Tokayevin qonşu ölkələrdən yardım istəməsi isə vəziyyəti tamamilə dəyişir. Biz hesablayıb düşünməliyik ki, bu kimə sərf edir? Ən pisi isə odur ki, bütün Orta Asiya respublikalarında sarsıntılar qaçılmazdır. Növbəti hədəf Özbəkistan və Qırğızıstandır. Qan tökülməsini istəmirəm. İnsan həyatına əhəmiyyət verməyənlər var. Bu o deməkdir ki, Qazaxıstandakı vəziyyətdən istifadə olunacaq. Bəlkə də çoxları vəziyyətdən ən yaxşı çıxış yolu ilə sağ qalmağa çalışacaqlar. ABŞ, Rusiya, Çin, Avropa Birliyi, başqa kimlər? Sadə vətəndaşlar üçün çox təəssüf edirəm!”.
Günay Rəsulqızı
Sfera.az