Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb? – Şərh

11:14 / 06.01.2022
2903
"Qazaxıstanda baş verən proseslərə Türkiyə
biganə yanaşmır. Rəsmi Ankara vəziyyətin həssaslığını nəzərə alaraq hələlik
müşahidəçi mövqeyində qalmağı üstün tutur. Hesab edirəm, indiki məqamda ən
düzgün addım da elə budur”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq
Vüqar Zivəroğlu Qazaxıstanda baş verən olaylara Türkiyənin səssiz qalmasını şərh
edərkən deyib.
Politoloq bildirib ki, baş verən hadisələrlə
bağlı müxtəlif versiyalar səslənir:
"Proseslərin hələ görünməyən tərəfləri var. Rəsmi
Ankara hazırda prosesləri izləyib, düzgün təhlil etməklə məşğuldur. Məsələ
ondadır ki, Qazaxıstan Türkiyə üçün vacib ölkədir. Söhbət Qazaxıstanın Türk
Birliyi üzvü olmasından getmir. İki ölkə arasında iqtisadi, siyasi, diplomatik,
hətta hərbi əlaqələr mövcuddur. Atılacaq yanlış bir addım, veriləcək səhv bir bəyanat
rəsmi Ankara ilə Nursultan arasında soyuqluq yarada bilər.
Turan Rzayev