Rihanna ailə qurmağa hazırlaşır - FOTO

16:57 / 05.01.2022
1042
Amerikalı müğənni və aktrisa Rihannanın evlənəcəyi iddia edilib.
Sfera.az bildirir ki, bu barədə ifaçıya yaxın mənbə "HollywoodLife" nəşrinə məlumat verib. Belə ki, sözügedən mənbə Rihannanın "A$AP Rocky” ilə ailə həyatı quracağını deyib. Onun sözlərinə görə, cütlük Yeni ili Barbadosda qeyd etdikdən sonra bu qərara gəliblər.
"Onlar artıq bir müddətdir evliliyi müzakirə edirlər, hər ikisi bunu istəyir”, deyə mənbə əlavə edib.
Xatırladaq ki, məşhur cütlük barədə daha əvvəllər məlumat yayılsa da, münasibətlərinin təsdiqi ötən ilin may ayında reallaşıb. Rokki GQ jurnalına müsahibəsində Rihannanın həyatının eşqi olduğunu söyləyib.
Türkan
Sfera.az