“Məktəbə daxil olarkən telefonlar şagirdlərdən alınsın” - Psixoloq

“Məktəbə daxil olarkən telefonlar şagirdlərdən alınsın” - Psixoloq
"Özəl təhsil ocaqlarında olduğu kimi dövlət məktəblərində də telefonların şagirdlərdən  alınması və yalnız dərsdən sonra geri qaytarılması lazımdır”.

Bunu Sfera.az-a açıqlalamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

"Valideyn və müəllimlər məktəblilərin diqqətini cəmləyə bilməmələrindən şikayət edirlər. Sosial şəbəbkələr və telefonda olan oyunlar uşaqların diqqətlərini cəmləməsinə mənfi təsir göstərir. Dövlət məktəblərində uşaqlardan telefonun yığılması valideynlə uşaq arasında güvən məsələsini də həll etmiş ola bilər. Belə ki, valideyn saatbaşı uşağa zəng edib mesaj yazmaz və beləliklə narahatlığa son qoyular”, - deyə psixoloq bildirib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR