Dekabrda rekord həcmdə dollar satılıb

İqtisadiyyat
15:54 / 05.01.2022
992
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən
2021-ci ilin dekabr ayı ərzində989,1milyon dollar məbləğində vəsait
satılıb.
Sfera.az Neft Fonduna istinadən xəbər verir ki, bu məbləğ ötən il hərraclarda satılan ən yüksək aylıq məbləğdir.
Dekabra qədər ən yüksək məbləğ noyabrda satılmışdı. Noyabdra 654,1 milyon dollarlıq valyuta satışı həyata keçirilmişdi.
2021-ci ildə ümumilikdə 6,767 milyard dollar satılıb. Bu məbləğ ötən il satılması nəzərdə tutulan məbləğdən (7,176 milyard dollar) azdır.
Vasif
Sfera.az