Qazaxıstan inqilabı Kremldə hazırlanıb? – Putini buna məcbur edən səbəblər

13:09 / 05.01.2022
4551
Qazaxıstanda
maye qazın iki dəfə bahalaşması bir sıra şəhərlərdə kütləvi etirazlara səbəb
olub. Vəziyyət elə bir həddə çatıb ki, Qazaxıstan Prezidenti Qasım Jomart
Tokayev hökuməti istefaya göndərib. Bundan başqa, hökumət etirazlar fonunda ölkənin
Manqistau və Aktübin vilayətində maye qazın qiymətini aşağı salmaq qərarına gəlib.
Belə ki, litri 120 təngəyə qaldırılan qazın qiyməti yenidən 50 təngəyə endirilib.
Amma nə
qaz qiymətlərinin endirməsi, nə də prezidentin hökuməti istefaya göndərməsi qəzəbli
kütləni sakitləşdirməyib. Maraqlıdır, Qazaxıstanda nə baş verir və hadisələrin
bundan sonrakı inkişafı hansı isqiqamətdə inkişaf edə bilər?

Qazaxıstanda
baş verən etirazların yalnız hansısa bahalaşmaya narazılıq olduğunu düşünmək
sadəlöhvlük olardı. Axı etirazçıların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin
iki dəfə artması idisə, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə
endirməsi ilə hadisələr sakitləşərdi. Etirazçılar isə hökumətin bu geri çəkilməsini
qəbul etmir və aksiyalar artan templə davam edir. Sadəcə olaraq, yanacağın bahalaşması
etiraz aksiyalarını alovlandıran səbəb rolunda çıxış edib. Amma göründüyü kimi
bu, etirazların yeganə səbəbi deyil.
Etirazların
arxasındakı gizli güc kimdir?
Qazaxıstanda
baş verən etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də
Kremldə hazırlanmış və anarxiya, xaosa hesablanmış ssenariyə daha çox bənzəyir.
Məsələ ondadır ki, son günlər rusiyalı deputatların bir çoxu rəsmi televiziya
kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarixən dövlət kimi mövcud
olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara
verildiyini vurğulayırlar. Bu isə "Qazaxıstan deyə bir ölkə heç bir zaman
olmayıb” deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrarıdır.
Kremlin
məqsədi nədir?
Rusiyanın
indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi ola bilər. Birincisi,
Qazaxıstan son illərdə xarici siyasət kursunda Kremli narazı salacaq addımlar
atmaqda davam edirdi. Ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən
qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək
rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Aydın məsələdir
ki, rəsmi Nursultan Kremlin başının Ukraynanın şərqində və Qafqazda
qarışmasından istifadə edərək təmkinlə ölkədəki Rusiya təsirini azaltmağa
çalışırdı. Hesab edirəm, Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır
və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir.

Üçüncüsü,
Qazaxıstan hazırda Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində
kilid ölkələrdən hesab edilir. Çindən gələn ticarət yolu Qazaxıstan üzərindən
Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər
uzanacaq.
Turan
Rzayev