"Sadakatsiz" serialının ulduzu ilə bağlı gerçək üzə çıxdı: "Polisə peşman olduğunu deyib, amma..."

"Sadakatsiz” serialının aktyorlarından Berkay Ateşlə bağlı səs-küyə səbəb olan hadisə ortaya çıxıb.
 
Sfera.az bildirir ki, aktyorun ötən ilin noyabr ayında içkili vəziyyətdə avtomobil sürdüyü bəlli olub.  Sarıyer bölgəsində yol polisləri tərəfindən saxlanılan Berkayın 144 promil alkaqollu çıxdığı bildirilib. 

Aktyor polis mərkəzində "Bu qədər alkoqollu olduğumu bilsəydim, avtomobil idarə etməzdim. Peşmanam”, - deyə söyləyib. Buna baxmayaraq, Ateşin sürücülük vəsiqəsinə 6 ay müddətində əl qoyulub. Məşhur aktyorla bağlı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Qeyd edək ki, Berkay Ateş "Çukur”, "Alev Alev”, "Anne” kimi seriallardakı rolları ilə də tanınır.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR