Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidir?

Qaz sayğacları sıfırlanmayan abonentlər nə etməlidir?
"Azəriqaz" İB-nin əməkdaşları tərəfindən avtomatik olaraq sıfırlanmayan mexaniki-elektron qaz sayğaclarının sıfırlanması prosesi davam etdirilir.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabatın hər il yanvarın ilk ongünlüyündə aparıldığını bildirib.

"Sayğacların sıfırlanması yanvarın 10-dək davam edəcək. Əməkdaşlarımız prosesdə iştirak edir. Vətəndaşlardan da xahiş etmişik ki, mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərsinlər. Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır" - deyə o, qeyd edib.

E.Vəliyev onu da əlavə edib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.

Qeyd edək ki, dünən açıqlanan məlumata əsasən yanvarın 1-dən etibarən 104 min abonent sayğaclarının görüntüsünü "Azəriqaz" İB-nin müvafiq nömrəsinə göndərib.

OXŞAR XƏBƏRLƏR

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...