“Bu məhsullar da bahalaşacaq, qarşısını ala bilmərik” – İqtisadçıdan bədbin proqnoz

11:33 / 05.01.2022
2053
Xəbər
verdiyimiz kimi, çörəyin qiymətinin 10-15 qəpik, 50 kq-lıq bir kisə unun topdansatış
qiymətinin isə 36 manatadək artacağı bildirilib.
Mövzu ilə
bağlı Sfera.az-a danışan iqtisaçı ekspert Natiq Cəfərli Azərbaycanın idxaldan
asılı olduğunu xatırladaraq, çörək və unun hansı həddədək bahalaşacağının
qeyri-müəyyən olduğunu deyib:
"Azərbaycanda
qiymətlər dünyada un istehsalı üçün istifadə edilən buğdanın qiymətinin hansı səviyyəyə
qədər bahalaşmasından asılı olacaq. Azərbaycan ərzaq buğdası təminatında 70
faiz civarında idxaldan asılıdır. Qiymətlərin kəskin səviyyədə artdığı dövrdə
yaşadığımız üçün bahalaşma xaricə faktorlara uyğun olaraq tənzimlənəcək. Eyni
zamanda qiymətlərin yüksəlməsi indiyədək hansı səviyyədə taxıl ehtiyatının
olmasından da asılı olacaq. Belə ki, köhnə qiymətlə alınan taxılın hansı dövrədək yetərli olması ilə
bağlı da məsələ mühümdür”.
Ekspert
çörək və unun bahalaşmasının bəzi ərzaqların qiymətinə təsir edəcəyini deyib:
"Bahalaşma
digər un məmulatlarında - makaron, vermişel kimi məhsullarda müşahidə ediləcək.
Həmin məhsulların xammal dəyərində yüksəliş olduğu üçün qiymətlərin artması da
qaçılmazdır. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq,
istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini düşünürəm. Lakin
problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə
təmin edə bilməməyimizdədir”.