Azərbaycan fevralda neft hasilatını artıracaq

Azərbaycan fevralda neft hasilatını artıracaq
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclası keçirilib. İclasda gündəlik neft hasilatının fevral ayında da 400 min barel artırılmasına dair qərar qəbul olunub. 

Sfera.az bildirir ki, Azərbaycan da hasilatın artırılmasına dair qərarı dəstəkləyib. Razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatı 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılacaq. 

Xatırladaq ki, "OPEC plus” ölkələri nazirlərinin  ötən ilin iyul ayında keçirilən 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına dair razılaşma əldə olunub. Hasilatın artırılması ümumilikdə 5,8 milyon barrel həcmində olacaq və 2022-ci ilin sentyabrında başa çatdırılacaq. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR