NATO-ya üzv ölkələrin XİN rəhbərləri bir araya gələcək - SƏBƏB

NATO-ya üzv ölkələrin XİN rəhbərləri bir araya gələcək - SƏBƏB
Son aylarda Rusiya ilə Ukrayna arasında artan böhran NATO-nu da hərəkətə keçirib.
 
Sfera.az xəbər verir ki, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Ukrayna böhranını müzakirə etmək üçün yanvarın 7-də təcili olaraq bir araya gələcək.

NATO-dan verilən yazılı açıqlamada xarici işlər nazirləri səviyyəsində "fövqəladə virtual görüş” keçirəcəyi açıqlanıb. Bildirilib ki, görüşün mövzusu Rusiyanın Ukrayna və onun ətrafında hərbi cəhətdən güclənməsi və Avropa təhlükəsizliyi məsələləridir.

Yanvarın 7-si cümə günü yerli vaxtla saat 17:00 radələrində Belçikada keçiriləcək virtual görüşlə bağlı NATO-nun baş katibi Yens Stoltenberqin açıqlama verəcəyi bildirilir. Ukrayna böhranının müzakirə olunacağı iclasa baş katib Stoltenberqin sədrlik edəcəyi, görüşdən sonra Stoltenberqin mətbuata açıqlama verəcəyi deyilib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR