“Sev”lə məşhurlaşan Şeyla ABŞ-da “Amazon”da çalışır - VİDEO

“Sev”lə məşhurlaşan Şeyla ABŞ-da “Amazon”da çalışır - VİDEO
90-ci illərin sonu, 2000-ci illərin əvvəlində "Sev” adlı hiti ilə məşhurlaşan, daha sonra sənətdən gedən və hazırda ABŞ-da yaşayan müğənni Şeyla "Qafqazinfo”ya müsahibə verib. 

- "Sev” mahnısı sizə inanılmaz şöhrət gətirsə də, sənətdən getdiniz. Həmin vaxt buna nə səbəb oldu?


- Sənətdən uzaqlaşmağıma çox səbəb var idi, zamanla onların hamısı musiqiyə olan marağımı azaltdı. Ən əsası, təəssüf ki, Azərbaycanda şou-biznesin adlandırılan sənayenin hələ də peşəkar qurulmuş mexanizmi yoxdur. Los-Ancelesdə yaşayaraq, bu sənayenin nə qədər böyük və ciddi olduğunu indi yaxşı başa düşürəm. Azərbaycanda isə o vaxt ciddi menecer, prodüser, "imagemaker” komandası yığmaq və ən əsası musiqi istehsalı ilə məşğul olan şirkət tapmaq mümkün deyildi - peşakar kadrlar olmadığı halda, hər şey həvəskar səviyyədə baş verirdi.

Üstəlik, indi də sənətkarın əsas gəlir mənbəyi toy, restoranda çalışmaqdır. Mənim repertuarım bu formata uyğun gəlmirdi və toylardan, restoranlardan əldə olunan qazanc məni maraqlandırmırdı. Repertuara gəlmişkən, Azərbaycan estradasının özünəməxsus çöx zəngin, mülayim və gözəl musiqi tərzi var, lakin 2000-ci illərin əvvəlində böyük pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsir göstərməyə başlayırdı. Fikrimcə, o vaxtlardan sonrakı mahnı öncəkinə bənzəməyə başladı. Həmin vaxt mən bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım.

- Sənətdən getdiyinizə görə sonradan peşman oldunuzmu?

- Xeyr. Şükürlər olsun ki, ümumiyyətlə, mən əməllərimdən peşman olmayan və keçmişə geri dönməyən insanlardanam. Musiqi həmişə mənim hobbim olub və "Sənsiz” albomum işıq üzü görəndən sonra məni maraqladıran başqa sahələrə keçdim.

- Bu illər ərzində harada idiniz? Los-Ancelesə Bakıdakı karyeranızı bitirən kimi köçdünüz?

- Düşünürəm ki, dinləyicilərim bunu biləndə təəccüblənəcəklər. Belə ki, müğənnilik etdiyim zaman, ondan öncə və sonra ticarət və biznesin müxtəlif sahələrində çalışmışam. 2002-ci ildən, yəni Vətənimdən tam köçənədək Bakıda şirkətlərin birində çalışmışam. Mənim mühacirət hekayəm 2009-cu ildə ABŞ-a köçməyimlə başladı. Bu illər ərzində isə beş dəfə ixtisasımı dəyişmişəm. Hazırda dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan "Amazon”un bulud saxlama və hesablama texnoloji budaq şirkəti "Amazon Web Services”də (AWS) marketinq üzrə layihə meneceri kimi çalışıram.

- Azərbaycana qayıtmağınıza nə səbəb oldu, necə qərara gəldiniz? Hazırda məqsədiniz nədir?

- Məncə, bu ən maraqlı sualdır. Əminəm ki, hər uğurlu layihə üçün iki ən əsas komponent - yaradıcı ilham və ictimai tələbin birləşməsi vacibdir. Budəfəki layihəm də həmin hallardandır. Özüm-özümə dəfələrlə deyirdim ki, buna vaxtım yoxdur, lakin məqsəd və ilham artıq neçə ildir məni rahat qoymurdu. Xaricə köçəndən bir neçə il sonra anladım ki, Azərbaycan mühacirlərini, yəni bizi birləşdirən bir dənə də olsun səviyyəli mahnı yoxdur. Məhz buna görə də özüm bu işin öhdəsindən gəlməyi qərar verdim (gülür-red.) Lakin, oxucuları çaşdırmamaq üçün onu da qeyd etmək istərdim ki, mən on ildən artıq başqa ölkədə başqa maraqlarla yaşadığıma görə böyük səhnəyə qayıtmağı planlaşdırmıram.

- Kamranla təqdim etdiyiniz "Səninləyəm” adlı duetiniz necə yarandı?

- Bakıda mənim gözəl yaradıcı kollektivim var! Bizi əməkdaşlıqla yanaşı, çoxillik dostluq birləşdirir. "Bakı payızı” müsabiqəsinin laureatı Kamran mənim sinif yoldaşım olub. Həyat elə gətirdi ki, musiqi dünyasında da görüşdük. Mahnının ideyasını düşünərkən layihəyə mütləq kişi səsi əlavə etmək qərarına gəldim. Ona görə ki, mühacirətin də iki baxışı var - kişi və qadın. Kamran da mənim kimi bir neçə ildir Azərbaycandan kənarda yaşayır. Beləliklə, ona müraciət etdim və sözsüz ki, uşaqlıq dostumu yenə görüb birgə işləmək yaradıcılığıma ayrı bir ləzzət verdi. "Sev” mahnısının bəstəkarı Günel Əlizadə, demək olar ki, ifa etdiyim mahnıların əksəriyətinin müəllifidir. Yeni mahnımın ərsəyə gəlməsində əməyi olanlardan biri də Rüstəm Rzayevdir. Onunla ilk əməkdaşlığımız 2000-ci ildə reper Elşad Xose ilə yazdırdığımız "Aylı gecə” mahnısı üzərində çalışarkən olub. Sonralar isə "Sənsiz” albomumun bütün "mixing” işlərini Rüstəmə həvalə etmişdim.

- Bəs klipin çəkilişləri necə və harada baş verdi?

- Əslinə qalsa, gördüyünüz kadrlar adi telefonla çəkilib və bizim gündəlik həyatımıza aiddir. Aeroport, studiyada çəkilən bütün kadrlar məhz bu il Bakıya gəlişimiz zamanı çəkilib. Klipin məqsədi hər bir Azərbaycan mühacirinin gündəlik həyatından Vətənə - şirin xatirələrə səyahətini nümayiş etdirməkdir. Biz hər il Vətənimizə, ailə və dostlarımıza baş çəkir, Azərbaycana sonsuz emosional və mədəni bağlıliq hiss edirik. Harada olsaq da, Vətən güc yerimizdir! Mənə bu hekayəmizi tamaşaçılara çatdırmağa, montaj işini öz boynuna götürən "Məktəb illəri”, "Tut ağacı” və "Sev” kimi məşhur kliplərin rejissoru, çoxdan əməkdaşlıq etdiyim sənətkar Aqil M. Quliyev kömək etdi.

- Şəxsi həyatınızla bağlı nə danışa bilərsiniz?

- Şəxsi həyatımdan çox danışmağı xoşlamıram, eyni səbəbdən də bu məqama "şəxsi” deyilir (gülür-red.). İki övladım var.

- Gələcək işlərinizdə uğurlar arzu edirəm.

- Çox sağ olun!


OXŞAR XƏBƏRLƏR

Dünənki zəlzələdə Özbəkistan vətəndaşı ölüb

İstanbulda baş verən zəlzələ zamanı Özbəkistan vətəndaşı vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistanın İstanbuldakı Baş konsulluğu mə...

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Saxalin vilayətinin Severo-Kurilsk şəhərinin sahillərində 5 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə eqalert.ru ...

Hərbçilərimiz “KURTARAN-2025” təlimlərində iştirak edəcək

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri ...

Prezidentin İnstaqram hesabında Çin səfəri ilə bağlı paylaşım - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında Çinə səfəri ilə bağlı paylaşım edilib.   Sfera.az paylaşımı təqdim edir:   ...

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə gətirildi

“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Vəliyev Hi...

Qaynanası ilə yola getməyən 4 bürc - Daima münaqişə edirlər

Astroloqların fikrincə, bəzi bürclərin nümayəndələri qaynana ilə münasibətlərdə daha çox çətinlik yaşayırlar. Bunun əsas səbəbi isə onların xarakterik xüsusiyyə...