Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH

Ukraynada proseslər nəzarətdən çıxsa, Türkiyə də tərəf olmağa məcbur olacaq – ŞƏRH
"Ankara heç bir halda Ukrayna gərginliyində tərəf olmaq istəmir. Rəsmi Moskva da türklərlə üz-üzə gəlməkdə maraqlı deyil. Fikrimcə, Ukraynada böyük hərbi toqquşma gözlənilmir, Ukrayna üzərindən artan Rusiya-ABŞ gərginliyi də daha çox idarəolunan prosesə bənzəyir. Baş verənlərdə hər iki tərəfin öz marağı var”. 
 
Bu sözləri Sfera.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Ukraynanın şərində baş verən son prosesləri dəyərləndirəkən deyib. Onun sözlərinə görə, Putinlə Ərdoğan 2022-ci ilin ilk telefon söhbəti ABŞ-Rusiya qarşıdurması fonunda diqqət çəkir və bu müzakirə proseslərin inkişafına da təsir edə bilər:



"ABŞ-ın 2022-ci il müdafiə büdcəsində Rusiyaya qarşı sanksiyaların yer almaması da bu fikri gücləndirir. ABŞ bu toqquşmadan rəhbərlik etdiyi köhnə cəbhəni yenidən qurmaq niyyətindədir və Türkiyənin də bu cəbhədə aktiv iştirakını istəyir. Bayden administrasiyası ilə Ərdoğan hakimiyyətinin uzlaşmadığı məqamlaran biri də məhz budur və Türkiyədə AKP hakimiyyətinə qarşı daxili ssenarilərin işə salınması da Vaşinqtonun daha çox müstəqil siyasi xətt yürüdən mövcud hakimiyyətə qarşı alternativ planlarından qaynaqlanır”.

Ekspert hesab edir ki, Ankara və Moskva proseslərin inkişafında üz-üzə gəlməməyin yollarını axtarırlar: 

"Ərdoğanla Putinin ABŞ-Rusiya görüşündən öncə telefon söhbəti də "saatların yoxlanılmasına” bənzəyir və istisna deyil ki, görüşdən sonra qarşıdurma atmosferi güclənəcəyi təqdirdə Türkiyə NATO üzvü kimi mövqe sərgiləcəyini Rusiyaya izah edir. Tərəflər belə bir ssenaridə anlayışla davranmağı müzakirə ediblər. Bununla yanaşı, qarşıdakı dövrdə Türkiyənin Ukrayna məsələsində vasitəçi olmaq istəyi daha da aktivləşə bilər və belə bir vasitəçilik Rusiyaya da sərf edir”. 

A. Nərimanlı qeyd edib ki, ABŞ-Rusiya qarşıdurması Cənubi Qafqazdakı proseslərin inkişafına da təsirsiz ötüşməyəcək: 

"Rusiya Azərbaycan və Ermənistan arasında öz vasitəçiliyi ilə qəbul edilmiş razılaşmaların, xüsusilə sərhədin müəyyənləşməsi istiqamətində, praktiki mərhələyə keçiddə təkid edə bilər. Eləcə də 3+3 formatında əməkdaşlığın dərinləşməsi istiqamətində addımların aktivləşəcəyini görə bilərik. Ərdoğanla Putinin bu məsələləri müzakirə etdiyi də istisna deyil. ABŞ-Rusiya qarşıdurmasında Ankaranın Moskvaya edəcəyi güzəştlərin qarşılığında Rusiya da Cənubi Qafqazda Türkiyənin maraqlarının önünü aça bilər və bu, Qarabağda Bakı və Ankaranın istəklərinin yerinə yetirilməsi perspektivini artırır. Misal üçün, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin, xüsusilə türk hərbçilərin daha aktiv fəaliyyətini görə bilərik. Türkiyə bu istiqamətdə çalışır və mümkündür ki, Ərdoğan-Putin müzakirəsində bu məsələ də gündəmdə olub”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...