Cavanşir Feyziyev: Polad Həşimov bütün Azərbaycanın qürur və iftixar mənbəyidir

Cavanşir Feyziyev: Polad Həşimov bütün Azərbaycanın qürur və iftixar mənbəyidir
Yeni ilin ilk günləridir. Həyatımızın yenilənməsi arzuları ilə açılan hər sabah xoş hisslər yaradır. Belə xoş sabahlardan birində qədim Qəbələnin Vəndam kəndində Polad Həşimov dünyaya gəlib və doğulduğu ailəyə səadət və xoşbəxtlik gətirib. Müharibə veteranı olan babası ona Polad deyib, valideynləri də onun polad kimi əyilməz və məğrur olmasını arzulayıblar. Adı onu polad kimi ağır bir missiyanın ardınca aparırdı. Hərbi məktəbə daxil olan kimi cəbhə bölgəsinə yollandı, hələ 17 yaşında ikən ən ağır döyüşlərdə iştirak etdi. Ağdam və Murovdağ döyüşləri onu yaşından tez mətinləşdirdi.

Polad elə o döyüşlərdə böyüdü, polad kimi bərkidi və düşmənlərin qənimi oldu. İtirilmiş torpaqların azadlığını və canını fəda etmiş həmvətənlərinin intiqam anını, zəfər məqamını gözləyən Polad həmişə düşmənlə təmas xəttinin ən gərgin nöqtələrində xidmət etməyə üstünlük verdi. Düşməni məhv etmək üçün ona yaxın olmaq istədi. Nəhayət o an gəlib çatdı. 2016-cı ilin Aprel döyüşlərində Polad öz iradəsini düşmənə göstərdi. Məşhur Aprel döyüşləri zamanı Polad Həşimovun rəhbərliyi altında Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqeləri, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. 4 il sonra 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinə Polad Həşimov artıq 3-cü Ordu Korpusunun Qərargah rəisi kimi qatıldı.

Dövlət sərhədində düşmənin təxribatlarını dayandırıb onu layiqincə cəzalandıran Polad iyul ayının 14-də qəhrəmancasına həlak oldu. Polad həlak oldu, amma onun azadlıq müharibəsi dayanmadı. Əksinə ordumuz daha böyük inadkarlıqla, daha böyük qətiyyətlə düşməni torpaqlarımızdan qovub çıxarmaq qərarını verdi. Polad Həşimov itkisi nə qədər ağır olsa da, ordumuzu savaşa və qələbəyə aparan intiqamın, qisasın rəmzinə çevrildi. Ordumuz Poladın qanını yerdə qoymadı, az sonra Vətən müharibəsinə qalxdı və düşməni darmadağın etdi. 47 il əvvəl Polad Qəbələ rayonunda yaşayan bir ailə üçün Yeni ilin yeni sevinci, yeni xoşbəxtliyi idi. Bu gün Polad bütün Azərbaycanın və Azərbaycanlıların Yeni ildə ilk xoş xatirəsi, qürur və iftixar mənbəyidir. Artıq hər il yanvarın ilk günlərində Polad Həşimov  xalqın yaddaşında yenidən doğulur və təkcə öz ailəsinə yox, bütün Azərbaycan xalqına sevinc və xoşbəxtlik gətirir. Vətən belə oğullarla şanlı olur, şöhrətli olur. Dövlət Polad kimi oğullarla məğrur və yenilməz olur. Torpaq Polad Həşimov kimi qəhrəmanlarla Vətən olur. Torpaq, Dövlət və Vətən uğrunda canını qurban edənlər isə heç vaxt unudulmur. Onlar hər il yenidən doğulurlar. Polad Həşimov kimi!

Cavanşir Feyziyev

2 yanvar 2022-ci il.

OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...