Zəncəfilin faydaları

Zəncəfilin faydaları

Bir çox insanın dadını bəyənmədiyi zəncəfilin faydaları saymaqla bitmir.

Sfera.az atv.az-a istinadən bildirir ki, zəncəfil dünyanın hər yerində, bütün mətbəxlərdə tez-tez istifadə edilən ədviyyatdır. Zəncəfil şəfa məqsədilə ədviyyat, çay və birbaşa yeyilən qida kimi müxtəlif formalarda istifadə edilə bilər. Zəncəfil əsasən kök formasında daha yaxşı təsir edir. Toz halında zəncəfilin isitfadəsi məsləhət deyil. Çünki toz halında olan hər bir məhsula, əlavə qatqılar qatıla bilər. Zəncəfil təbii antibiotik kimi istifadə edilir. Gəlin faydalarına diqqət edək.

1. Astmaya yaxşı təsir edir

Son illər aparılan araşdırmalar sübut edib ki, zəncəfil astma tutmalarını yüngülləşdirmə gücünə malikdir. Astma müalicəsində istifadə edilən ən təsirli təbii vasitədir.

2. Əzələ ağrılarına faydalıdır

Zəncəfil əzilərək ağrıyan əzələ üzərinə qoyulduqda, əzələ ağrılarını yüngülləşdirir və prossesi sürətləndirir.

3. İltihabın qarşısını alır

Zəncəfilin iltihab problemləri olan insanlara dərman kimi faydalıdır. Xüsusilə sümüklərdə yaranan infeksiyaların və yaş artdıqca ortaya çıxan oynaq ağrılarının azalmasında üffüktli təsir edir.

4. Cinsi gücü artırır

Zəncəfilin eyni zamanda afrodizyak təsiri var. Tarix boyu zəncəfil cinsi gücü artıran vasitə kimi istifadə edilib. Xüsusən də kişilər uşaq sahibi ola bilmək üçün bu ədviyyatdan tez-tez yararlana bilər. Zəncəfildən Osmanlı dövründə padşahların istifadə etdikləri faktları da isbat edilib.

Ancaq zəncəfili istifadə edərkən gün ərzində qoz boyda ölçüdə götürülür 1 ay istifadə edilir. 10 gün fasilə verib davam etdirilir. Bununla bərabər uzun müddət istifadə edərkən prostat və yaddaş problemi yarada bilər.

5. Sancılı menstruasiya dövründə ağrıları yüngülləşdirir

Zəncəfil menstruasiya ağrılarının keçməsi üçün əsrlər boyu istifadə edilən və təbii bir ağrı kəsici olaraq qəbul edilmiş bitkidir. Bununla yanaşı, menstruasiya əvvəli müşahidə edilən yorğunluq və halsızlığa yaxşı təsir edir. Nizamsız menstruasiyanı tarazlamağa kömək edir.

6. Mədə bulantısının qarşısını alır

Zəncəfil mədə bulanrtısının qarşısını almaq üçün ən uyğun həll yoludur. Xüsusilə hamilələr ürək bulanmalarının qarşısını almaq üçün az miqdarda zəncəfil yeyə və ya  çayıni içə bilərlər.

7. İshala kömək edir

İshal baş verdikdə bir stəkan zəncəfil çayı içmək və ya yemək məsləhətdir. Eyni zamanda ishalla birlikdə itirilən bədəndəki su nisbətini tarazlamağa kömək edir.

8. İmmunitet sistemini gücləndirir

Zəncəfil qrip və soyuqdəymə kimi narahatlıqlarda tərləməyə kömək olaraq xəstəliyin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Xüsusilə bal və zərdəçal ilə birlikdə hazırlandığında bu narahatlıqlara dərmanlardan daha yaxşı təsir edir. 

Zəncəfili kartofa oxşar variantından qoz boyda kəsilir. Xırdalanır üzərinə qaynar su tökülüb dəmlənilir. Gün boyu 1-2 stəkan içilir. Bu çür həm də piy əridici kimi təsir edir.

Yaxud da balla, qozla, kişmilə, darçınıla hazırlanıb gün ərzində 1 ç.q səhər-axşam yeyilir.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...