Oğlanın sevgilisi ilə meyiti qarajda tapıldı - Sumqayıtda dəhşət

Oğlanın sevgilisi ilə meyiti qarajda tapıldı - Sumqayıtda dəhşət

Sumqayıtda dəhşətli hadisə baş verib.

Sfera.az bildirir ki, Sumqayıt Şəhər Prokurorluğundan "qafqazinfo"ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin "3-cü kvartal" ərazisinin həyətindəki qarajda qeydə alınıb.

Hadisə ilə bağlı bəzi təfərrüatları əldə edilib.

Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...