"Qarşıdan gələn aylarda Azərbaycan və Ermənistan liderləri yenidən görüşəcək və bu dəfə..." - AÇIQLAMA

11:17 / 31.12.2021
879
"Gələn aylarda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan yenidən görüşə bilər”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iki ölkə başçıları arasında konfedensial görüş olub və bu danışıqlar Azərbaycanın maraqlarına cavab verir:
"Proses birbaşa iki ölkə arasında sülh müqaviləsinin bağlanması və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Eyni zamanda Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında heç bir problem yaratmayacaq. Ermənistan tərəfi gizli yolla Qarabağa hərbçi göndərməmək öhdəliyini götürüb. Tərəflər sərhədlərin delimitasiya və demarkasiyasında anlaşıb, xüsusilə Ermənistan tərəfi təxribatlara əl atmayacaq”.
M.Əsədullazadə vurğulayıb ki, anklavlarla bağlı məsələ bir müddət müzakirə edilməyəcək:
"Proseslər Azərbaycanın maraqlarına uyğun olaraq davam edir. Digər tərəfdən Avropa İttifaqı gələn aylarda yenidən Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilər. Sülh müqaviləsinin bağlanmasını Avropa ittifaqı öz üzərinə götürməyə çalışır. Görüş Ermənistanda daxili siyasi vəziyyətə görə ictimaiyyətə açıqlanmayıb”.
Günay Rəsulqızı
Sfera.az