Bakıda evdən uşaq oğurlandı

Kriminal
14:17 / 30.12.2021
610
Bakıda azyaşlı uşaq oğurlanıb.
Sfera.az xəbər verir ki, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.