Azərbaycanda dollarlaşma səviyyəsi azalır

Azərbaycanda dollarlaşma səviyyəsi azalır
Azərbaycanda 2021-ci ildə depozitlərin dollarlaşma səviyyəsi azalmaqda davam edib. 

Sfera.az bildirir ki, xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin əvvəlindəki 56,4%-dən tədricən azalaraq noyabr ayında 51% olub. O cümlədən, fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindəki 50,8%-dən 41,9%-ə, kreditlərin dollarlaşması isə 29,8%-dən 26,5%-ə düşüb. 

2015-ci ilin əvvəlindən ilk dəfə olaraq fiziki şəxslərin manatla əmanətlərinin xüsusi çəkisi xarici valyutada əmanətləri üstələyib.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR