“İstəmirəm ki, məhkəmədə qarşı-qarşıya gələk” – Deputat kimə mesaj göndərdi?

12:31 / 30.12.2021
926
"Mən mütəmadi olaraq İctimai Televiziyada tənqid və təhqir hədəfinə
çevrilirəm”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün
keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib.
Millət vəkili deputatların tez-tez adıçəkilən kanalda tənqidə tuş gəldiyini deyib:
"Cəmiyyətdə gedən bütün prosseslərdə tənqid hədəfinə
millət vəkilləri çevrilir. Mən İctimai TV-nin fəaliyyəti ilə bağlı həmkarım
Fazil Mustafanın fikirlərinə qoşuluram. İTV-də yayımlanan 3D verilişinə qonaq kimi dəvət
olunmuşdum. Lakin verilişin tərzini bəyənmədiyim üçün təklifə yox dedim. Mən o
verilişə getmədim deyə, hələ də orda tənqid
və təhqir hədəfinə çevrilirəm. Millət vəkilinin, bir vətəndaşın hansısa
verilişdə təhqir olunması nə dərəcədə doğrudur? Hesab edirəm ki, yayım üzvləri
seçiləndə növbəti il mən və həmkarlarımın şikayətləri nəzərə alınacaq. Çünki
bir millət vəkili olaraq istəmirik ki, təhqirə görə məhkəmədə qarşı-qarşıya gələk".
Əzizə