Bakıda məşhur “Pub”da müştərini döyüb öldürən idmançının istintaqı başa çatdı

Bakıda məşhur “Pub”da müştərini döyüb öldürən idmançının istintaqı başa çatdı
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla avqustun 29-da saat 21:00 radələrində Xətai rayonu ərazisində yerləşən "Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...

Papa Əminə Ərdoğanı qəbul etdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Vatikanda katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı, Roma Papası 14-cü Leo ilə...