Fransızların Xankəndiyə "Səlib yürüşləri" - Rusiya və Ermənistanın yeni oyunu

15:55 / 29.12.2021
574
"Fransalı prezidentliyə namizədlərin bəzilərinin Xankəndiyə getməsi, bəzilərinin isə ora buraxılmaması Rusiyanın bu ölkədəki seçkilərdə öz adamını hakimiyyətə gətirmək istəyi ilə bağlıdır”.
Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Rusiyaya qarşı çıxışları ilə seçilən Erik Zemmur Ermənistana gələn ilk namizəd olsa da, onu separatçılarla görüşə buraxmadılar, amma Rusiyanın agenti sayılan Valeri Pekres Xankəndinə getdi:
"Beləcə, Rusiya Pekresin Fransadakı erməni diasporasının əksər hissəsinin səsinin almasına kömək etmək istəmiş oldu. Hazırda NATO - Rusiya münasibətləri baxımından çox gərgin ilə daxil oluruq. Şimal axını 2 və Rusiya ilə ilıq münasibətlərin tərəfdarı Merkel yoxdur. Makronun da qalıb-qalmayacağı məlum deyil. Buna görə Moskva üçün Fransadakı prezident seçkilərində ya Makronun ya da Pekresin seçilməsi olduqca vacibdir. Fransada kimin hakimiyyətə gəlməsi gələcək aylarda Ukrayna ətrafındakı proseslərə təsir edəcək”.
Politoloq, həmçinin əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlığı da ola bilər:
"Onun son açıqlamaları kifayət qədər ciddidir. "Qarabağ hüquqi cəhətdən Azərbaycansız ola bilməz” deyən Paşinyan həqiqəti dilə gətirdi. Təkcə BMT tərəfindən bir neçə dəfə Qarabağın işğal edildiyi təsdiq edilib. Beləliklə, son həftələr ərzində fransızların Ermənistana səfərləri, bir neçə namizədin sülhməramlıların qarşısından keçərək Xankəndinə getməsi geosiyasi mahiyyət daşıyır. Bununla da, şimal həm Fransadakı gələcək elektoral proseslərə müdaxilə edir, həm də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərlə bağlı öz mövqeyini ortaya qoymuş olur.
Öz növbəsində, Ermənistanın Baş naziri Paşinyanın çıxışı onun bütün separatçılar tərəfindən mövzuyla bağlı səlahiyyətsiz şəxs elan edilməsinə gətirib çıxarır. Beləcə, həm Ermənistan, həm də separatçılar demarkasiya-delimitasiya məsələsində öz aləmlərində "oyun" qurmuş olurlar”.
Günay Rəsulqızı
Sfera.az