"Ermənistanla seperatçılar arasında uçurum bir az da dərinləşəcək, Azərbaycan isə..." - Deputat

"Paşinyan və onun ətrafında olan komanda 30 il ərzində bütün ciddi cəhdlərinin yersiz, ədalətsiz olduğunu dərk etməyə başlayıb. Azərbaycan öz torpaqlarına sahib çıxmalı idi və çıxdı da”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O bildirib ki, Qarabağda olan separatçı cinayətkarların ayaqları  bir az yer alır və bunun səbəbi var:
 
"Onlara kənardan ümid verən qüvvələr mövcuddur. Fransanın prezidentliyə namizədi Valeri Perkesin Xankəndiyə səfərindən hələ bir neçə gün keçib, indi Rusiya Dumasından Vitali Milonov ora gəlib. Yəni bütün bunlar onlara ümid verir ki, "deyəsən, biz önəmliyik və müdafiə edənlərimiz var, murdar əməllərimizdə burada yaşamağa davam edəcəyik". Kənardan fitva verən qüvvələr olmasa, nə Qarabağdakı cinayətkarlar o iddiada olar, nə də orada yaşayarlar, çıxıb gedərlər. Mən Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirib, kölgə salmaq istəmirəm, lakin həqiqəti deyəcəm və gizli bir şey də yoxdur. Bu gün ərazimizdə yerləşən Rusiya hərbi kontingenti onların bir nömrəli ilhamvericisidir, təhlükəsizliklərini təmin edib öz cinayətkar fəaliyyətlərini davam etdirməsinə şərait yaradırlar”.

Müsahibimiz qeyd edib ki, getdikcə Ermənistanla seperatçılar arasında narazılıq və uçurum bir az da dərinləşəcək:

"Artıq Ermənistanda sağlam düşüncəli qüvvələr başa düşürlər ki, 30 ildə seperatçıların hesabına özləri pis günə düşüblər, dünyadan təcrid olunmuş vəziyyətdə qalıblar, iqtisadiyyatları çöküb. Qarabağda iki quldur – Serk Sarkisyan və Robert Köçəryan bunların başına ip salıb oynadıb, kapitalı talayıb pis vəziyyətə qoyublar. Əhali bunu dərk edib nəticə çıxarır. Onların yeganə çıxış yolunun Türkiyə və Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamaq, əməkdaşlıq etmək olduğunu anlayırlar. Ona görə də rəsmi İrəvanla Qarabağdakı seperatçı cinayətkarlar arasında narazılıqlar getdikcə çoxalacaq və bu da bizim xeyrimizədir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...