“Bizə vəsiyyət edib getdi...” - Zəlimxan Yaqubun oğlu
Maqazin
10:24 / 10.01.2016
3757
Xalq şairi Zəlimxan Yaqubun evində təziyyə mərasimi keçirilir.
Sfera.az xəbər verir ki, musavat.com-a açıqlama verən mərhum şairin oğlu Bəhlul Yaqubov böyrək çatışmazlığından əziyyət çəkən Z.Yaqubun son anından bəhs edib:
“Atamdan səhhəti ilə bağlı çox şey gizlədirdik. İnsandır, yəqin ki, ölümünü hiss edirdi. Bizə vəsiyyət edib getdi. Son sözləri “Xalqım, millətim üçün mənalı ömür yaşadım, övladlarıma da bu cür həyat yaşamağı arzulayıram” oldu”.
Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 11-də Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Mərhum ilə vida mərasimi yanvarın 11-də saat 12.00-dən 14.00-dək Təzə Pir məscidində keçiriləcək.