Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü, qatil də azərbaycanlıdır - FOTO

Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü, qatil də azərbaycanlıdır - FOTO
Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı "Dumskaya” nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada "Arena” adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb. 

Qeyd olunur ki, Nazir Əliyev "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da deyilir.

OXŞAR XƏBƏRLƏR