Türkiyədə fövqəladə vəziyyət rejiminə əməl etməyənlərə hansı cəzalar veriləcək?
Sfera.az report-a istinadən bildirir ki, "Əxlaq haqqında" qanuna əsasən, üzərində şəxsiyyət vəsiqəsi olmayan şəxsə 219 TL, şəxsiyyətini gizlətməyə çalışana 105 TL, üzərini, maşınını və ya evini axtarmağa icazə verməyənə 219 TL, söz, yazı, şəkil, film, val, görüntü lentləri və səslə aparılan hər cür yayıma görə 219 - 6 732 TL, hər cür səhnə oyunları və göstərilən filmlərə görə 219 - 6 732 TL, icazəli olmasına baxmayaraq hər cür silah və güllələrin üzərində gəzdirilməsi və ya nəqlinə görə 105 TL, qapalı və açıq yerlərdə keçiriləcək görüş və şou yürüşlərinə görə 219 - 6 732 TL pul cəriməsi nəzərdə tutulub.
Eyni zamanda, Türkiyə Konstitusiyanın 120-ci maddəsi əsas götürülərək elan olunan fövqəladə vəziyyət rejiminin tətbiqi çərçivəsində tədbirlərə zidd hərəkət edənlərə 1 aydan 6 aya qədər həbs cəzası da verilə bilər.
Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı 246 nəfər həlak olub, 2 185 nəfər yaralanıb. Dövlət çevrilişi cəhdinə görə 10 607 nəfər saxlanılıb, 4 496 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ölkə ərazisində 3 ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib.