"Azərbaycanda yanacaq və neftin qiymətləri arasında heç bir bağlılıq yoxdur"
İqtisadiyyat
00:04 / 09.02.2016
2539
"Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur". Trend-in
məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc
neftçilərlə görüşdə bildirib.
"Bizdə neftin qiymətini Tarif Şurası ümumi Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda
müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az
yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir.
Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur", - deyə Rövnəq Abdullayev bildirib.