Bank BAĞLANDI
İqtisadiyyat
12:02 / 23.07.2016
2318
Türkiyənin ən iri banklarından biri olan "Bank Asya"nın ("Asiya Katılım Bankası AŞ") lisenziyası ləğv edilib.
Sfera.az virtualaz-a istinadən bildirir ki, Bankların Fəaliyyətini Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) bununla bağlı qərarı "Resmi Gazete"də dərc olunub.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhd göstərən Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin "Hizmet" hərəkatına yaxın sayılan "Bank Asya"nın fəaliyyətinin şəffaf olmadığı bildirilir. Sözügedən maliyyə strukturu 1996-cı ildə təsis olunub və ölkə boyunca 180-dən artıq filiala malik idi.