Ötən gün daha iki koronavirus xəstəsi küçədə saxlanıldı

Kriminal
10:31 / 28.12.2021
689
Dekabrın 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.