Sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı yeni - QƏRAR

Sağlamlıq imkanları məhdud şagirdlərlə bağlı yeni - QƏRAR
Nazirlər Kabineti "Sağlamlıq imkanları məhdud şəxslərin stasionar müəssisələrdə olduqları dövrdə təhsilinin təşkili Qaydası”nı təsdiq edib.

Sfera.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, bu Qayda sağlamlıq imkanları məhdud şəxslərin stasionar müalicə-profilaktika və ya reabilitasiya müəssisələrində (stasionar müəssisələrdə) olduqları dövrdə təhsilinin təşkili ilə əlaqədar məsələləri tənzimləyir.

Sağlamlıq imkanları məhdud şəxslər stasionar müəssisələrdə uzunmüddətli (21 gündən artıq) stasionar müalicədə olarkən, həmin şəxslərin Təhsil Nazirliyinin ərazi üzrə psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı əsasında müvafiq tədris proqramlarına uyğun təhsil almaları təşkil edilir.

Stasionar müəssisələrdə təhsilin təşkilinə ümumi metodik rəhbərlik və keçirilən dərslərə nəzarət müvafiq olaraq Təhsil Nazirliyin Bakı şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri (yerli idarəetmə orqanları) tərəfindən həyata keçirilir. Stasionar müəssisələrdə 21 gündən artıq qalması nəzərdə tutulan sağlamlıq imkanları məhdud şəxslər barədə məlumatlar müəssisənin rəhbərliyi tərəfindən ərazi üzrə Nazirliyin yerli idarəetmə orqanlarına təqdim olunur.

Stasionar müəssisələrdə təhsilin təşkili və ona rəhbərlik stasionar müəssisələrin yaxınlığında yerləşən ümumi təhsil müəssisələri (məktəb) tərəfindən həyata keçirilir. Stasionar müəssisələrdə pedaqoji fəaliyyətə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər buraxılırlar. Stasionar müəssisələrdə ümumi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin dərs saatına mütənasib olaraq vəzifə maaşına 15 faiz, xüsusi təhsil proqramı ilə tədrisi həyata keçirən müəllimlərin vəzifə maaşına isə 50 faiz əlavə ödənilir.

Sağlamlıq imkanları məhdud şəxslərlə təhsil qrup şəklində və ya fərdi formada təşkil edilir. Qrup dərsi eyni sinifdən olan 4-15 nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır. Müalicə aparılan şöbədə 4 nəfərdən 15 nəfərədək I-IV sinif şagirdləri olarsa, komplekt sinif təşkil edilir. V-XI sinif şagirdləri üçün qrup dərsi iki sinfin birləşdirilməsi yolu ilə aparılır (V-VI, VI-VII, VII-VIII, VIII-IX, IX-X, X-XI).

Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə dərslərin başlanması vaxtı və təhsilin təşkili forması xəstənin səhhətindən asılı olaraq, müalicə həkiminin yazılı rəyi əsasında baş həkim tərəfindən bu Qayda nəzərə alınmaqla müəyyən edilir. Bu barədə xəstəlik tarixində qeyd aparılır. Müəllimlər sağlamlıq imkanları məhdud şəxslərlə dərsləri onların vəziyyətini nəzərə alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə təşkil edir. Hər bir sağlamlıq imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2 saatdan, V-IX siniflərdə 3 saatdan, X-XI siniflərdə 3,5 saatdan çox olmamalıdır. Stasionar müəssisələrdə baş həkim təhsilin bu Qaydaya uyğun təşkili üçün müvafiq şərait yaradır və dərs cədvəlini təsdiq edir.

Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslərlə aparılan həftəlik dərs saatlarının miqdarı aşağıdakı kimidir:



Stasionar müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər. Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan dərslərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan müəllim stasionar müəssisəyə daxil olmuş sağlamlıq imkanları məhdud şəxslər haqqında məlumatları (soyadı, adı, atasının adı, doğulduğu il, məktəbin nömrəsi, sinfi, stasionar müəssisəyə daxil olduğu tarix, dərslərin başlanması və bitməsi vaxtı, keçirilən dərs saatlarının miqdarı, keçilmiş mövzular və şagirdlərin biliyinin qiymətləndirilməsinin nəticələri) qeyd edir.

Stasionar müəssisələrdən evə yazılandan sonra sağlamlıq imkanları məhdud şəxslər haqqında bu Qaydada qeyd olunan məlumatlar həmin uşağın təhsil aldığı məktəbə göndərilir. Stasionar müəssisələrdə tədrisin təşkili ilə bağlı tələb edilən dərs ləvazimatları dövlət tərəfindən təmin olunur.

Bu Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar "Stasionar şəraitdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 29 may tarixli qərar ləğv edilib.

OXŞAR XƏBƏRLƏR

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...