Azərbaycanlı döyüşçü Rafael Fiziyev milliyyəti ilə bağlı sualı cavablandırdı - VİDEO

Azərbaycanlı döyüşçü Rafael Fiziyev milliyyəti ilə bağlı sualı cavablandırdı - VİDEO
Azərbaycanlı tanınmış MMA döyüşçüsü Rafael Fiziyev UFC jurnalisti Ariel Helvaniyə müsahibə verib.

Sfera.az bildirir ki, "Ataman” ləqəbli idmançı milliyyəti haqqında sualı belə cavablandırıb:

"Mən Qazaxıstanda anadan olmuşam və 12 il Qırğızıstanda yaşamışam. Lakin mən əslən azərbaycanlıyam”.

Rafael döyüşlərə çıxarkən başına taxdığı milli papaqla bağlı suala da cavab verib:

"Bu papaq Azərbaycandandır. Bu, bizim tariximizdir, Azərbaycanın milli baş geyimidir”.

Qeyd edək ki, Qırğızıstan vətəndaşı olan Rafael Fiziyev bir müddət əvvəl bu ölkənin bayrağı altında yarışlara qatılmaqdan imtina edib. O, bunu özünə qarşı hiss etdiyi təzyiqlər səbəbindən etdiyini bildirib.

Xatırladaq ki, Rafael bir müddət əvvəl UFC Vegas 44 yarışında Yeni Zelandiyalı Bred Riddellə qarşılaşıb və qalib gəlib. Texniki nokautla rəqibini məğlub edən Rafael ardıcıl beşinci qələbəsini qazanıb. Sözügedən turnirdə də Fiziyev heç bir ölkənin bayrağı altında vuruşmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:
 


OXŞAR XƏBƏRLƏR

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...

Prezidenti Xankəndidə Sultan Əhməd Əl-Cabiri qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl...