"Kreml İrəvan-Ankara münasibətlərinin normallaşmasında moderatordur" – Şərh

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə biləcəyini qeyd edib. Çavuşoğlunun sözlərinə görə, Ermənistanın da belə bir istəyi var.
 
Maraqlıdır, indiki halda tərəflərin ilk görüş yeri kimi Moskvanı seçməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, görüşün Moskvada keçirilməsi Ankaradan çox İrəvanın istəyidir.

"Hesab edirəm ki, bunda qeyri-adi nəsə yoxdur. Rəsmi İrəvan Ankara ilə münasibətləri bərpa etmək istəsə də çəkindiyi məqamlar var. Bu mənada deyə bilərik ki, Ermənistan özünü ən təhlükəsiz hiss etdiyi yerdə, yəni görüşün Rusiyada keçirilməsini istəyib. Prinsip etibarilə məkanın Türkiyə üçün elə də bir fərqi yoxdur. Çünki sərhədlərin açılması, münasibətin normallaşması Türkiyədən çox Ermənistanın istəyidir. Yəni Türkiyənin nə çəkindiyi, nə də itirə biləcəyi heç nə yoxur”.

Politoloq hesab edir ki, Azərbaycan-Ermənistan münsabitələrinin normlaşmasında olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında da Kreml moderatorluq edə bilər:

"Görüşün Moskvada keçirilməsi Rusiyanın prosesdə yaxından iştirak etdiyinə dəlalət edir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Rusiya üçün də məqbuldur. Bu mənada Kremlin moderatorluğu prosesin sürətlənməsinə töhfə verə bilər. Rusiya özü də 3+3 formatında iştirak edir. Bu mənada formatın digər iki üzvünün münasibətlərini normallaşdırması Kreml üçün də vacib məsələdir".

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...