Magistraturaya qəbul imtahanının vaxtı MƏLUM OLDU

Təhsil
15:30 / 27.12.2021
974
Dövlət İmtahan Mərkəzi gələn il üçün magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtını açıqlayıb.
Sfera.az xəbər verir ki, magistratura səviyyəsi üzrə I mərhələ üçün qəbul imtahanının fevralın 20-də keçirilməsi planlaşdırılır.
Fevral ayında həmçinin peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanının da keçirilməsi nəzərdə tutulub. Şagirdlər fevralın 27-də imtahan verəcəklər.