Beyninə çip yerləşdirilən kişi sadəcə düşünərək internetdən istifadə edir - Dünyada bir ilk

Beyninə çip yerləşdirilən kişi sadəcə düşünərək internetdən istifadə edir - Dünyada bir ilk
Dünyada ilk dəfə beyin çipi ilə sosial mediadan paylaşım edilib.

Sfera.az bildirir ki, bu barədə beyinə neyron kompüter interfeysləri yerləşdirən "Synchron” adlı şirkət açıqlama yayıb. Məlumatda Lateral amiotrofik sklerozlu (ALS) 62 yaşlı avstraliyalının sadəcə düşünərək sosial mediada paylaşım etdiyi açıqlanıb.

Belə ki, Filip Okif adlı bu şəxs sözügedən şirkətin baş direktoru Tomas Okslinin hesabından "Mən bu tviti sadəcə bir düşüncə ilə atdım" sözlərini yazıb. Qeyd olunub ki, keçən il ALS-nin səbəb olduğu iflicdən sonra, Filipin beyninə "Stentrode" adlı kompüter interfeysi quraşdırılıb. Beyin çipi kəllə sümüyünü deşmədən şah damar vasitəsilə yerləşdirilib. Şirkət, həmçinin Filipin "İndi kompüterdə hara tıklamaq istədiyimi düşünməyim bəs edir – email göndərə bilirəm, bank əməliyyatları reallaşdırıram, alış-veriş edə bilirəm və dünyaya "Tvitter” vasitəsilə mesaj göndərirəm”, - söylədiyini də əlavə edib.

 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR