Daha 511 nəfər koronavirusa yoluxdu, 13 nəfər vəfat etdi
16:00 / 26.12.2021
1637
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 511 yeni yoluxma faktı qeydə alınıb, 1 178 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 614 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 098 nəfər müalicə olunaraq sağalıb, 8 297 nəfər vəfat edib. 11 915 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 328, bu günə qədər isə ümumilikdə 5 817 708 test icra olunub.