Prezident Ərdoğanı əsəbləşdirən təklif
Dünya
23:10 / 22.07.2016
2803
15 iyul çevriliş gecəsi Ərdoğanın Marmarisdə qaldığı otelin sahibi Sərxan Yazıcı nələr baş verdiyini Poçt Qəzetinə danışıb.
Darbəçilərin Ərdoğan getdikdən 15 dəqiqə sonra əməliyyat keçirdiyi otelin sahibi Sərxan Yazıcı Ərdoğanın "Mən sizi Yunan adalarına aparıram təklifinə əsəbləşib. Mənim Yunan adalarında nə işim var qardaşım! Mən sənə İstanbula necə gedə biləcəyimizi soruşuram" - deyərək əsəbləşdiyini bildirib.
Yazıcı "Ətrafı yaxşı bildiyim üçün Prezidentimiz mənə Sərxan, dəniz yolu ilə ən yaxın hara getmək olar? deyə soruşdu. Gizlin gedə biləcəyimizi, ancaq Aksaz Hərbi Dəniz Bazasının qarşısından keçmək lazım olduğunu bildirdim. "O olmaz, başqa hara getmək olar deyə sual verdi. Yaxınlıqda Yunan adaları olduğunu-Mən sizi apararam dedim. O ana qədər sakit olan Ərdoğan ilk dəfə sakitliyini itirdi və "mənim Yunan adalarında nə işim var qardaşım! Mən sənə İstanbula necə gedə bilərik soruşuram" dedi.
Yazıcı, Ərdoğanın o gecə üzündə ilk dəfə xoşbəxt ifadə göründüyü anı belə danışıb: "Prezident CNN Türkə bağlanıb xalqı demokratiya üçün küçəyə çıxdıqdan 1 saat sonra kürəkəni və Energetika Naziri Berat Albayrağın cib telefonu zəng çalıb. Telefonu bağladıqdan sonra Ərdoğana dönüb belə deyib: "Xalq əllərində bayraqlarla tankların üstünə çıxıb. Darbəçilərə qarşı böyük müqavimət var. Küçələr doludur. Qoruma Müdiri Möhsün Kosa da həmin zamanda İstanbul Atatürk Hava Limanının darbəci-lərdən geri alındığı xəbərini verib. Ərdoğanın üzündə ilk dəfə xoşbəxt bir ifadə göründü".
Sərxan Yazıcı mehmanxanadan ayrılma anını belə danışıb:
Darbəçilərdən ibarət bir neçə qurup əsgərin otelə doğru yola çıxdığı deyilmişdi. Amma bunların haradan və necə gələcəyini kimsə bilmirdi. Qapıdan bayıra baxdım mühafizə polisləri bir-birinə sarılaraq halallaşırdılar. Qoruma Müdiri Möhsün Kosa Prezidentin qoluna girdi. "Cənab, dərhal getməliyik. Burada çox qala bilmərik - dedi. "Hadi Bismillah deyərək ayağa qalxan Ərdoğan "Haqqınızı halal edin deyib evdən vertolyota minmək üçün çıxdı. "Vertolyotun bütün işıqlarını söndürüldü. Hərbi radarlara düşməmək üçün alçaq uçuş qərarı alınıb. Prezident Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, qızı Əsra Albayrak, kürəkəni Bərat Albayrak və 3 nəvəsinin mindiyi vertolyot Dalaman istiqamətinə doğru uçub".
Yazıcı, telefonla danışdığı birinə Prezidentin səsini ucaldaraq belə dediyini bildirib: "Onların tankları varsa, bizim də imanımız var. Müqavimət göstərin. Lazımdırsa öləcəyik". Yazıcı Ərdaoğanın telefonu bağladıqdan sonra ona tərəf dönərək, "Sərxan bu an tarixə şahidlik edirsən" deyib.
Sfera.az //