Məşhur jurnalistin maşınına bombanı belə qoydular– VİDEO

Məşhur jurnalistin maşınına bombanı belə qoydular– VİDEO
Məşhur jurnalist Pavel Şeremetin partladılan avtomobilin altına bombanı qadın qoyub.
 
Görüntülər Ukraynanın "Obozrevatel” nəşri tərəfindən dərc edilib.

Videoyazıdan görünür ki, Kiyev vaxtı ilə 20 iyul saat 0:22-də avtomobilə kişi yaxınlaşır və sürücü qapısının yanında oturur. Nəşr qeyd edir ki, beləliklə naməlum adamlar partlayıcı qurğunun bərkidilməsi üçün yer hazırlayıblar.

Saat 2:33-də dəqiqədə videonun növbəti hissəsində kişi və qadın görünür. Görüntülərə görə, qadın çantanı gətirir. Nəşrin məlumatına görə, çantada partlayıcı qurğu olub.

Saat 2:39-da dəqiqədə qadın avtomobilin yanında dayanır. O, bombanı avtomobilə yerləşdirir.

Xatırladaq ki, hadisə iyulun 20-də yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcısı olduğu "Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın "Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.

Cinayətlə bağlı peşəkar fəaliyyət, bədxah münasibətlər, Rusiya izi, ölkədə vəziyyəti gərginləşdirmək məqsədi və xarici iz kimi versiyaların adı çəkilir. Bundan başqa, sui-qəsdin partladılan maşının sahibi olan Alyona Pritulaya qarşı təşkili də istisna edilmir. Milli Polisin başçısı, qətlin araşdırılması üzrə qrupun rəhbəri Xatii Dekanoidze bildirib ki, istintaqda hələ qətlin əsas versiyası yoxdur və bütün mümkün variantlara baxılır. /publika/



OXŞAR XƏBƏRLƏR

Lalə Azərtaşın komandasına balta ilə hücum etdilər -VİDEO

Aparıcı Lalə Azərtaş çəkiliş üçün yollandığı Kürdəmirdə hücuma məruz qalıb.   Sfera.az xəbər verir ki, aparıcı 15 yaşlı qızın ailə qurması xəbər...

Qəzada həlak olan 22 nəfərin meyiti Azərbaycana nə vaxt gətiriləcək?

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Tə...

Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı v...

Bu məşhurlar 2024-cü ili həbs və məhkəmə ilə yola verdi - SİYAHI

2024-cü il bir çox dünya ulduzları üçün böyük sınaqlar gətirdi. Bu böyük sınaqların içərisində isə həbslər xüsusi diqqət çəkib.   Sfera.az 2024-cü ildə...

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...