İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi

İşğaldan azad edilmiş ərazilərdə universitetlər açılır? – Nazir anonsunu verdi
Ötən gün təhsil naziri Emin Əmrullayev ali təhsilin əhatəliliyinin artırılması üçün işğaldan azad olunan ərazilərdə universitetlərin açılmasının uğurlu addım olacağını qeyd edib.

Nazir bununla həm də gənc nəslin həmin ərazilərə qayıdış prosesinin sürətlənəcəyini də sözlərinə əlavə edib.

Sözügedən təkliflə bağlı Sfera.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımından işğaldan azad olunan ərazilərdə universitetlərin yaradılmasının mühüm addım olacağını bildirib:

"İşğaldan azad olunan ərazilərdə universitetlərin tikilməsi ilə bağlı bir sıra təkliflər var. Hətta Qarabağ Universiteti şəklində bir ideya da mövcuddur. Bu baxımdan düşmən tapdağından azad olunan ərazilərimizə nəzər yetirdikdə, biz Ağdam bölgəsində regionun ən böyük şəhərinin salınmasının şahidi olacağıq. İşğaldan azad olunan ərazilərdə milyonlarla insanın köçürülmə ehtimalı nəzərə alsaq, həmin bölgələrdə universitetlərin yaranması, elmin, tədrisin inkişaf etdirilməsi və ictimai mühitin formalaşması üçün mühümdür. Bu planların həyata keçirilməsi gənclərin müxtəlif layihələrdə iştirakı, həm də elmlə məşğul olan əhalinin işlə təmin olunması baxımdan uğurlu addım olacaq. Təbii ki, bunun üçün zaman lazımdır, qarşıda başqa hansısa problem yoxdur”.

Deputat Bakıda fəaliyyət göstərən universitetlərin filiallarının işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcəyini qeyd edib:
 
"İşğaldan azad olunan ərazilərdə yeni universitetlərin yaradılması strateji problemlərin həlli istiqamətində olan addımlardır. Lakin Bakıdakı universitetlərin filiallarının bu ərazilərdə açılması daha rahat başa gələn texiki prosesdir. Zamanla icra strukturları və Təhsil Nazirliyinin planlaşdırması nəticəsində bu məsələ də həyata keçə bilər. Əhalinin məskunlaşdırılması yekunlaşdıqdan sonra bu kimi məsələlər öz həllini tapacaq”.  
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...