Dövlət büdcəsindən “pensiya fondu”na ayrılan pul azaldılacaq

12:58 / 24.12.2021
510
2022-ci ildə dövlət büdcəsindən Dövlət sosial
müdafiə fondunun büdcəsinə transfert ediləcək məbləğ xeyli azaldılacaq.
Sfera.az bildirir ki, Prezident İlham Əliyev
tərəfindən təsdiqlənən Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi
haqqında qanuna əsasən fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət
büdcəsindən 1,146 milyard manat ayrılacaq.
2021-ci ildə bu məbləğ 1,632 milyard manat təşkil
edirdi və növbəti il üçün nəzərdə tutulan ayırmadan 486 milyon manat və ya 29,8
faiz azdır.
Azalmaya səbəb Dövlət sosial müdafiə fondunun
sosial sığorta haqları üzrə gəlirlərinin kəskin artması olacaq. Gələn il fond
bu mənbə üzrə 4,148 milyard manat gəlir əldə edicək ki, bu da 2021-ci ildə
gözlənilən gəlirdən 646 milyon manat və ya 18,4 faiz çoxdur.
Vasif