2019-da siqnala, iki gün əvvəl içkiyə görə... - sürücü kimdir? - FOTOLAR/VİDEO

2019-da siqnala, iki gün əvvəl içkiyə görə... - sürücü kimdir? - FOTOLAR/VİDEO
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sürücüsünü içkili vəziyyətdə saxlayıb. 

Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, yol polisi əməkdaşları sürücüyə video çəkiliş zamanı "avtomobili niyə içkili idarə edirsiz? sualını ünvanlayıb. Sürücü isə "ə yaxşı” cavabını verib və kameradan uzaqlaşıb.

Polis yenidən ona "yolun əks istiqamətində hərəkət edir, digər avtomobillərə qarşı təhlükə yaradırsız" deyib. Kameradan uzaqlaşan sürücü polisin "zəhmət olmasa bura yaxınlaşın" tələbinə də məhəl qoymayıb.  

Qeyd edək ki, 2019-cu ilin iyun ayında da sosial şəbəkələrdə gecə vaxtı qadağan olunmuş səs siqnalından istifadə edən 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilin sürücüsünün videosu yayılmışdı. Belə ki, 99 HV 088 dövlət nömrə nişanlı "Land Cruiser” markalı avtomobilə qanunla qadağan olunmuş səs siqnalı quraşdırılıb. Bu azmış kimi gecə vaxtı həmin siqnaldan istifadə edərək video çəkmiş və sosial şəbəkələrdə paylaşmışdı. Polis İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sözügedən sürücünü saxlamış, müvafiq maddə ilə cərimə etmişdi.

OXŞAR XƏBƏRLƏR

Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"

Aparıcı Elgiz Əkbər ailə həyatından danışıb.   Sfera.az xəbər verir ki, bu haqda proqramında bəhs edən aparıcı yaşadığı peşmançılıqdan söz açıb:...

Azərbaycanda doğulan iş adamı Rusiyada belə saxlanıldı - VİDEO

Rusiyada tikinti şirkətinin baş direktoru 46 milyon rubl məbləğində dələduzluq ittihamı ilə saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə fon...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 3-də ara...

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...