2022-ci il Dövlət Büdcəsi ilə bağlı AÇIQLAMA: “Azərbaycan OECD ölkələrini geridə qoyacaq”

2022-ci il Dövlət Büdcəsi ilə bağlı AÇIQLAMA: “Azərbaycan OECD ölkələrini geridə qoyacaq”
"Azərbaycan Prezidenti "2022-ci il Dövlət Büdcəsinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bu müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsinin təsdiqidir. Belə ki, gələn il Azərbaycanda dövlət büdcəsindən 30 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur”.
 
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat hesab edir ki, 2022-ci ildə eyni zamanda ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq:

"Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir.

Gələn il büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır. Belə ki, ölkəmizdə gələn il bu göstərici 16 faizdən çox olacaq. Bu isə, hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %,  Meksikada 7.5 fazidir. 

Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. 

Gələn il işğaldan azad olunan ərazilərimizin bərpası üçün 2.2 milyard manat vəsaitin ayrılması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2021 və 2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu cari məzənnə ilə 2 milyard 588 milyon dollar vəsaitin ayrılması deməkdir. Təqdirəlayiq haldır ki, Azərbaycan işğaldan azad olunan ərazilərimizi hər hansı xarici borclanmaya getmədən, yalnız daxili mənbələr hesabına bərpa edir və yenidən qurur”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR